sorğu
Mingəçevir bələdiyyəsi şəhərdə “Novruz bayramı”na hazırlıq işlərini davam etdirir. Bələdiyyədən daxil olan məlumatda bildirlir ki, küçə və xiyabanlar bəzədilir, abadlıq iməclikləri aparılır.
Mingəçevir bələdiyyəsi Novruz bayramı münasibəti ilə təşkil edilən ümumşəhər tədbirlərinin keçiriləcəyi S.Vurğun meydanında və parkında abadlıq-təmir işlərinə başlayıb.
Park və bağ süpürülür, ağaclar budanır, meydan boyu bordürlər rənglənir, ölkə əhəmiyyətli abidə olan qapı tağları təmir olunur. Xalq şairi S.Vurğunun heykəli, heykəlin pedestalı yuyulub təmizlənir. Parkın giriş hissəsindəki yaşıllıq və gül kolları səliqəyə salınır.
Təmir-abadlıq işləri ilin axır çərşənbə günündə başa çatacaq.
Belediyye.info
|
|
|
|
|
|